"Qarabağ"ın hücumçusu barədə kitab çapdan çıxıb - FOTO

"Qarabağ"ın hücumçusu barədə kitab çapdan çıxıb - FOTO Bu barədə 27 yaşlı Dino Ndlovu özü şəxsi "İnstagram"ında bildirib
Futbol
24 Dekabr , 2017 14:47
Qarabağın hücumçusu barədə kitab çapdan çıxıb - FOTO

Bakı. 24 dekabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Dino Ndlovu haqda vətəni Cənubi Afrika Respublikasında kitab çapdan çıxıb.

"Report"un məlumatına görə, bu barədə 27 yaşlı hücumçunun özü şəxsi "İnstagram"ında bildirib. "The winning goal" ("Qələbə topu") adlı kitabın müəllifi Sizvi Feys Sitoledir.

Avtobioqrafiya xarakterli əsərin üz qabığında Ndlovunun "Qarabağ"ın heyətində vurduğu qollardan birini qeyd edərkən çəkilmiş fotosu və "Siz bu hissləri supermarketdən ala bilməzsiniz, onun üçün çalışmaq lazımdır. Bu, mənim həyatımın ən yaxşı günlərindən biri idi", - sözləri yer alıb. 

Afrikalı forvard kitaba görə minnətdarlıq edərək, "Heç vaxt özüm barədə bu qədər qürur duymamışdım. Sizvi Feys Sitole, mənə belə böyük layihə kimi yanaşdığın üçün təşəkkür edirəm. Çox həyəcanlıyam", - deyə yazıb.

Qeyd edək ki, Dino Ndlovu İdman Araşdırmalar Mərkəzinin jurnalistlər arasında keçirdiyi sorğu nəticəsində Azərbaycanda 2017-ci ilin ən yaxşı əcnəbi idmançısı seçilib.

Son xəbərlər

Orphus sistemi