"Qarabağ"ın futbolçusunun cəzası azaldılıb

"Qarabağ"ın futbolçusunun cəzası azaldılıb Qarabağın futbolçusu İsmayıl İbrahimliyə AFFA İntizam Komitəsinin kəsdiyi cəza yüngülləşdirilib.
Futbol
12 Dekabr , 2019 10:32
Qarabağın futbolçusunun cəzası azaldılıb

"Qarabağ"ın futbolçusu İsmayıl İbrahimliyə AFFA İntizam Komitəsinin kəsdiyi cəza yüngülləşdirilib. 

"Report"un məlumatına görə, bu barədə milli assosiasiyanın Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib. Tribunal “Qarabağ”ın müraciətini qismən təmin edib. İbrahimli “Sumqayıt”la səfər matçı zamanı rəqib futbolçuya bilərəkdən zərbə endirməsi əsas gətirilərək, 3 oyunluq diskvalifikasiya olunmuşdu. Apellyasiya Tribunalı İbrahimlinin cəzasını 2 matça endirib.

Futzal üzrə Birinci Liqada çıxış edən “Baku Fans” klubu tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməyib. AFFA İntizam Komitəsinin 20 noyabr 2019-cu il tarixli qərarı ilə “Baku Fans” – “Baku Fire-2” görüşündə meydan sahiblərinin oyunçusu  Eldost Paşayevin rəqibi ayaqla bilərəkdən vurduğuna, hakimi təhqir etdiyinə, hakimə fiziki təzyiq göstərdiyinə görə 10 oyunluq cəzası qüvvədə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi