Yuxarı

​"Qarabağ"ın futbolçusunun AVRO-2016-da iştirak edəcəyi dəqiqləşib

Ansi Aqolli turnirdə Azərbaycan Premyer Liqasının yeganə təmsilçisi olacaq

Bakı. 1 iyun. REPORT.AZ/ Futbol üzrə Albaniya milli komandasının 2016-cı il Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

"Report"un məlumatına görə, 23 futbolçudan ibarət heyətə "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də daxil edilib.

Bununla da Aqolli Fransada 1 ay davam edəcək məsul turnirdə Azərbaycan Premyer Liqasının yeganə təmsilçisi olacaq.

Qapıçılar: Etrit Berişa ("Latsio", İtaliya), Alban Xoca Partizani ("Partizani"), Orqes Şexi ("Skenderbeu")

Müdafiəçilər: Elseid Husay ("Napoli", İtaliya), Lorik Tsana ("Nant", Fransa), Arlind Ayeti ("Frozinone", İtaliya), Merqev Mavray ("Köln", Almaniya), Naser Aliyi ("Bazel", İsveçrə), Frederik Veseli ("Luqano", İsveçrə), Ansi Aqolli ("Qarabağ", AZƏRBAYCAN), Ermir Lenyani ("Nant", Fransa)

Yarımmüdafiəçilər: Lidian Memuşay ("Teskara", İtaliya), Eryus Kaçe (PAOK, Yunanıstan), Andi Lila ("Yannina", Yunanıstan), Mirqyen Başa ("Komo", İtaliya), Odise Roşi ("Rieka", Xorvatiya), Burim Kukkeli ("Sürix", İsveçrə), Taulant Caka ("Bazel", İsveçrə), Amir Abraşi ("Frayburq", Almaniya)

Hücumçular: Bekim Balay ("Rieka", Xorvatiya), Sokol Tsikaleşi ("İsttanbul Byükşəhir Bələdiyyəspor", Türkiyə), Armandu Sadiku ("Vaduts", Lixtenşteyn), Şkelzen Qaşi ("Kolorado", ABŞ)

Albaniya “A” qrupunda Fransa, Rumıniya və İsveçrə yığmaları ilə yarışacaq. İlk matç iyunun 10-da İsveçrə millisi ilə baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi