"Qarabağ"ın futbolçusuna Türkiyə klubunun təklif etdiyi məbləğ məlum olub

"Qarabağ"ın futbolçusuna Türkiyə klubunun təklif etdiyi məbləğ məlum olub Leroy Corc "Göztəpə"dən ilinə 400 min avro istəyib
Futbol
4 İyun , 2015 16:52
Qarabağın futbolçusuna Türkiyə klubunun təklif etdiyi məbləğ məlum olub

Bakı. 4 iyun. REPORT.AZ/ Türkiyə I Liqasına vəsiqə qazanmış "Göztəpə" klubunun rəhbərliyi "Qarabağ"ın futbolçusu Leroy Corcu İzmirə dəvər edib. "Report"un "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, hollandiyalı yarımmüdafiəçi ilə danışıqlar aktivləşdirilib.

Corc "Göztəpə"dən ilinə 400 min avro istəyib. İzmir klubu isə ona 275 min avro təklif edib. Hələlik tərəflər arasında anlaşma əldə olunmayıb.

Qeyd edək ki, "Qarabağ"ın heyətində Azərbaycan çempionluğu və ölkə kubokunu qazanmış Leroy Corcla müqavilə artıq başa çatıb. Hələlik onun Ağdam klubundakı taleyinə aydınlıq gəlməyib. 

Son xəbərlər

Orphus sistemi