"Qarabağ"ın futbolçusu qanvermə üçün çağırış etdi

"Qarabağ"ın futbolçusu qanvermə üçün çağırış etdi Qarabağın futbolçusu Qara Qarayev Qan Bankının Könüllü donor aksiyasına qoşulub.
Futbol
9 Aprel , 2020 20:26
Qarabağın futbolçusu qanvermə üçün çağırış etdi

"Qarabağ"ın futbolçusu Qara Qarayev Qan Bankının "Könüllü donor" aksiyasına qoşulub.

"Report"un xəbərinə görə, bu barədə 28 yaşlı yarımmüdafiəçi özünün "Instagram" səhifəsində bildirib.

Bakıdakı xəstəxanalardan birində könüllü qan verən Azərbaycan millisinin üzvü fotosunu sosial şəbəkədə paylaşıb.

Təcrübəli oyunçu hər kəsi aksiyaya qoşulmağa çağırıb: "Son zamanlar baş qaldıran COVID-19 pandemiyası ilə əlaqədar olaraq, hər birimiz evdəyik və tətbiq olunan sosial izolyasiya tədbirlərinə bacardığımız qədər əməl edirik. Amma unutmayaq ki, “Qan Bankı”nda hazırda talassemiya xəstələri üçün qan qıtlığı yaşanır. Ona görə də hər kəsdən qanvermə aksiyasına qoşulmağı xahiş edirəm".

Son xəbərlər

Orphus sistemi