Bakı. 26 sentyabr. REPORT.AZ/ “Qarabağ”ın futbolçusu Tarik Elyunussi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün Norveç yığmasına çağırılıb.
“Report” xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi baş məşqçi Lars Laqerbekin dəvət göndərdiyi 23 nəfərlik heyətdə yer alıb.
Qeyd edək ki, Norveç yığması oktyabrın 5-də San-Marinonun qonağı olacaq, ayın 8-də isə Şimali İrlandiyanı qəbul edəcək.