"Qarabağ"ın futbolçusu: “Meydana məcburiyyətdən girdim”

"Qarabağ"ın futbolçusu: “Meydana məcburiyyətdən girdim” Əvvəlki oyunlarla müqayisədə, qarşılaşmaya adət etdiyimiz kimi başlamadıq. Tədricən oyunumuzu nümayiş etdirməyə başladıq. İkinci hissə daha maraqlı oldu. Çoxlu qol vəziyyəti yaratdıq. İstənilən halda, bizim üçün çətin keçdi.
Futbol
23 Fevral , 2020 23:28
Qarabağın futbolçusu: “Meydana məcburiyyətdən girdim”

"Əvvəlki oyunlarla müqayisədə, qarşılaşmaya adət etdiyimiz kimi başlamadıq. Tədricən oyunumuzu nümayiş etdirməyə başladıq. İkinci hissə daha maraqlı oldu. Çoxlu qol vəziyyəti yaratdıq. İstənilən halda, bizim üçün çətin keçdi".

"Report"un məlumatına görə, bunları "Qarabağ"ın futbolçusu Abdullah Zubir evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Fransalı yarımmüdafiəçi ikinci hissədə real qol şansını qaçırması ilə bağlı sualı belə cavablandırıb: "Futboldur, bəzən hər epizodu dəyərləndirmək olmur. Məsələn, ötən tur “Zirə”yə qarşı matçda demək olar, bütün epizodlardan maksimum istifadə etdik. Ancaq bu dəfə yalnız birindən yararlandıq. Üzərimizdə çox işləməliyik ki, gələn oyunlarda qol şanslarını əldən verməyək".

29 yaşlı oyunçu tez-tez yerdə qalaraq, bilərəkdən vaxt uzatması fikri ilə razılaşmayıb: "Xeyr, məndə elə xasiyyət yoxdur ki, vaxt uzadım. Bu dəfə zərbə çox güclü oldu. Hətta oyunu davam etdirmək gücündə deyildim. Məcburiyyətdən meydana girdim. 10 nəfərlə qalmışdıq, amma dəhşətli ağrılar keçirirdim".

Zubir rəqibi aldadıb qol vurmaq xüsusiyyətinin səbəbini də açıqlayıb: "Bu, qətiyyən rəqibi aşağılamağım anlamına gəlməməlidir. Kimisə alçaltmaq niyyətim olmayıb. Uşaqlıqdan alışdığım oyun tərzimdir. Qalib gəlsək də, uduzsaq da, həmişə belə oynamışam. Hamıya hörmətlə yanaşıram".

Son xəbərlər

Orphus sistemi