"Qarabağ"ın futbolçusu Kriştianu Ronaldu ilə Mahir Mədətovu müqayisə edib

"Qarabağ"ın futbolçusu Kriştianu Ronaldu ilə Mahir Mədətovu müqayisə edib "Hətta Ronaldu da qol vəziyyətlərini qaçırır. Mahirə dəstək olmaq lazımdır"
Futbol
19 Fevral , 2018 00:07
Qarabağın futbolçusu Kriştianu Ronaldu ilə Mahir Mədətovu müqayisə edib

Bakı. 19 fevral. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Riçard Almeyda səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" xəbər verir ki, o, bu oyunun çətin olduğunu və bütün komandaların onlara qarşı fərqli oynadıqlarını bildirib:

"Bu oyunun çətin olacağını bilirdik. Meydan amili də var idi. Əsas odur ki, 3 xalı qazandıq. Çempionatda asan oyun yoxdur. Növbəti rəqib isə “Kəpəz”dir. Onlara qarşı evdə oynayacağıq. Həmişəki kimi çalışmaq lazımdır. Həmin oyuna da yaxşı hazırlaşacağıq. Növbəti oyunda da müsbət nəticəyə ümid edirik".

Almeyda daha sonra sualları cavablandırıb:

Bugünkü oyunun çətin keçməyi hava şəraiti ilə bağlıdır, yoxsa ot örtüyü? “Səbail”ə qarşı həmişə çətinlik çəkirsiniz...

- Bütün komandalar bizə qarşı fərqli oynayırlar. Həmişə mübarizə aparırlar. Düşünürəm ki, “Qəbələ” ilə matçda yaxşı oynadıq. Bəzən yaxşı oynasaq da, qələbə qazana bilmirik.

Dinonun gedişindən sonra komanda biraz çətinlik çəkir. Onun yoxluğu hiss olunurmu?

- Dino həqiqətən yaxşı futbolçudur. Onun çıxış etdiyi vaxtlarda da qaçırdığı imkanlar olurdu. Mahir də gənc futbolçudur. O, bu gün fərqləndi. Daha çox qol vura bilərdi. Böyük futbolçular da qol vəziyyətlərini qaçırdırlar, hətta Ronaldu da. Mahirə isə dəstək olmaq lazımdır.

Oyun quruculuğu baxımından “Qəbələ” ilə matçda çətinlik çəkdiniz, yoxsa “Səbail”ə qarşı?

- Əziyyət çəkmədik. Hər oyunda istədiklərimizi meydanda göstərməyə çalışırıq. İstədiyimizi də alırıq.

Birinci hissədə üstünlüyü tam ələ keçirə bilmədilər. Bu nə ilə bağlı idi?

- Birinci hissədə bizi bloklamağa çalışırdılar. Bizim isə imkanlarımız oldu. Bəxtimiz gətirmədi. İkinci hissədə istədiyimizi həyata keçirə bildik.

Ramil Şeydayev böyük ümidlərlə gətirilsə də, ehtiyat oyunçular skamyasındadır. Almaniya millisinə qol vurmuş futbolçudur. O oynamağa o qədərmi layiq deyil?

- Ramil komandaya qoşulandan çalışır. İşləməyi sevən futbolçudur. Bu qərarlar baş məşqçinin qərarlarıdır.

Son xəbərlər

Orphus sistemi