"Qarabağ"ın futbolçusu İtaliya ilə oyuna çağırılıb

"Qarabağ"ın futbolçusu İtaliya ilə oyuna çağırılıb Baş məşqçi Canni De Byazi müdafiəçisi Ansi Aqolliyə dəvət göndərib
Futbol
21 Mart , 2017 11:30
Qarabağın futbolçusu İtaliya ilə oyuna çağırılıb
Courtesy İmage

Bakı. 21 mart. REPORT.AZ/ Albaniya milli komandasının İtaliya ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə oyunu, eləcə də Bosniya və Herseqovina yığmasına qarşı yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.

"Report"un məlumatına görə, baş məşqçi Canni De Byazi "Qarabağ"ın müdafiəçisi Ansi Aqolliyə də dəvət göndərib.

Aqollinin adı 23 oyunçudan ibarət siyahıda yer alıb. O, yığmanın G qrupunda əvvəlki 4 qarşılaşmasından 3-də meydana çıxıb və kapitan sarğısını daşıyıb. Bu görüşlərdə 6 xal toplayan Albaniya millisi hazırda qrup 4-cüsüdür.

Qeyd edək ki, İtaliya ilə görüş martın 24-də səfərdə, Bosniya və Herseqovina ilə yoldaşlıq oyunu isə martın 28-də Elbasan şəhərində olacaq. 

Son xəbərlər

Orphus sistemi