Yuxarı

"Qarabağ"ın futbolçusu daha 4 ölkədən təklif alıb

"Qarabağ"ın futbolçusu daha 4 ölkədən təklif alıb

"Qarabağ"ın futbolçusu Simeon Slavçev daha 4 ölkədən təklif alıb.

"Report" "Blitz" portalına istinadən xəbər verir ki, 26 yaşlı bolqarıstanlı yarımmüdafiəçi Türkiyə, Portuqaliya, Rusiya və Polşa klublarının maraq dairəsindədir. Qurban Qurbanovun son vaxtlar "11-lik"də yer vermədiyi legionerin komandadan ayrılmaq istədiyi, lakin hələlik seçim etmədiyi vurğulanır.

Bir müddət əvvəl Bolqarıstanın "Levski" klubunun Slavçev üçün Ağdam klubuna sərfəli təklif irəli sürdüyü bildirilib.

Qeyd edək ki, "Qarabağ" Slavçevlə 2018-ci ilin iyulunda 3 illik müqavilə imzalayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi