​"Qarabağ"ın futbolçusu bir aylıq sıradan çıxıb

​"Qarabağ"ın futbolçusu bir aylıq sıradan çıxıb Mərakeşli yarımmüdafiəçi bir ayadək oynamayacaq
Futbol
19 Noyabr , 2015 16:08
​Qarabağın futbolçusu bir aylıq sıradan çıxıb

Bakı. 19 noyabr. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Əlharbi Əl Jadeyui zədələnib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin dünən axşam keçirilən məşqində sağ ayaq topuğundan xəsarət alıb.

Ayağı sarğıya qoyulan mərakeşli yarımmüdafiəçinin yaşıl meydanlardan bir ayadək uzaq qalacağı açıqlanıb. Əl Jadeyuinin mövsümün ilk yarısındakı qalan oyunları buraxacağı gözlənilir. 

Qeyd edək ki, bu müddət ərzində "Qarabağ" Premyer Liqada "Kəpəz", "Neftçi", "İnter", "Zirə", "Sumqayıt" və "Qəbələ", Avropa Liqasının qrup mərhələsində isə İngitərənin "Tottenhem" və Belçikanın "Anderlext" klubları ilə görüşəcək. 

Son xəbərlər

Orphus sistemi