"Qarabağ"ın futbolçusu Azərbaycan yığmasından qovulub

"Qarabağ"ın futbolçusu Azərbaycan yığmasından qovulub Bu barədə Nazim Süleymanov qərar qəbul edib
Futbol
13 Noyabr , 2015 11:00
Qarabağın futbolçusu Azərbaycan yığmasından qovulub

Bakı. 13 noyabr. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Mahir Mədətov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasından kənarlaşdırılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə yığmanın baş məşqçisi Nazim Süleymanov qərar qəbul edib. 

Səbəb kimi 18 yaşlı müdafiəçinin intizam qaydalarını kobud şəkildə pozması göstərilib. 

Qeyd edək ki, Mahir Mədətov Bakıda keçirilən Avropa çempionatının seçmə qrup mərhələsinin Azərbaycan - Türkiyə matçına start heyətdə çıxıb. Lakin o, 19-cu dəqiqədə Emil Həsənzadə ilə əvəzlənib. 

Son xəbərlər

Orphus sistemi