"Qarabağ"ın futbolçusu Abdullah Zubir: "İlk oyun məndə xoş təəssüratlar yaratdı"

"Qarabağ"ın futbolçusu Abdullah Zubir: "İlk oyun məndə xoş təəssüratlar yaratdı" Bakı. 19 iyul. REPORT.AZ/ Çətin komandaya qarşı oynadıq. Bilirdik ki, növbəti mərhələyə vəsiqə qazanmaq üçün qol buraxmamalıyıq. Birinci hissədə topa nəzarət bizdə oldu. Rəqib topu əldə edən kimi birbaşa qapımıza doğru irəliləyirdi. Əsas odur ki, istəyimizə nail olduq. Qol buraxmadıq və növbəti mərhələyə yüksəldik.
Futbol
19 İyul , 2018 00:18
Qarabağın futbolçusu Abdullah Zubir: İlk oyun məndə xoş təəssüratlar yaratdı

Bakı. 19 iyul. REPORT.AZ/ "Çətin komandaya qarşı oynadıq. Bilirdik ki, növbəti mərhələyə vəsiqə qazanmaq üçün qol buraxmamalıyıq. Birinci hissədə topa nəzarət bizdə oldu. Rəqib topu əldə edən kimi birbaşa qapımıza doğru irəliləyirdi. Əsas odur ki, istəyimizə nail olduq. Qol buraxmadıq və növbəti mərhələyə yüksəldik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Sloveniya "Olimpiya"sı ilə heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

27 yaşlı yarımmüdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bakıda ilk oyununuza çıxdınız. Azarkeşlər sizə necə təsir bağışladı?

- Çox məmnun qaldım. Birinci oyun məndə xoş təəssüratlar yaratdı. Stadiondakı ab-hava və azarkeşlər yaxşı idi. Azarkeşlər bizi dəstəkləyirdilər və daima irəliyə səsləyirdilər. Həm nəticə, həm də ab-hava mənim çox xoşuma gəldi.

- Futbola futzaldan gəlmisiniz. Ona görə həlledici məqamlarda qapıya zərbə vurmaq əvəzinə rəqibi keçmək istəyirdiniz?

- Həmişə zərbə vurmaq üçün əlverişli məqam olmur. Qarşımda boşluq olmalıdır ki, zərbə vuram. Ən yaxşısını eləməyə çalışıram.

- "Qarabağ" növbəti turda Albaniyanın "Kukesi" klubu ilə qarşılaşacaq. "Kukesi"ni keçəcəyinizə inanırsınızmı?

-  "Qarabağ"da oynadığıma görə çox xoşbəxtəm. Bu komanda istənilən oyuna yalnız qələbə üçün çıxır. Bizə nəticə lazımdır. Meydana qələbə üçün çıxacağıq. 

Son xəbərlər

Orphus sistemi