Yuxarı

"Qarabağ"ın ÇL-dəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər - VİDEO

"Qarabağ"ın ÇL-dəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər - VİDEO
Roma və Atletiko qələbə qazanıb, Çelsi bu gün oynayacaq

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.

"Report" xəbər verir ki, Ağdam komandasının sentyabrın 27-də Bakıda qəbul edəcəyi İtaliya "Roma"sı öz meydanında "Verona" üzərində böyükhesablı qələbə qazanıb.

3:0 hesabı ilə başa çatan oyunda qollardan birini Raca Nainqqolan (22), daha ikisini isə Edin Ceko (33, 61) vurub.

İspaniyadan olan digər rəqib "Atletiko Madrid" isə öz meydanında Antonie Qrizmanın 61-ci dəqiqədə vurduğu qolla "Malaqa"nı məğlub edib.

"Qarabağ"ın Londonda 0:6 hesabı ilə məğlub olduğu "Çelsi"(İngiltərə) isə bu gün doğma divarlar arasında "Arsenal"ı qəbul edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi