"Qarabağ"ın ÇL-dəki rəqibi ölkə çempionatında qələbə qazanıb

"Qarabağ"ın ÇL-dəki rəqibi ölkə çempionatında qələbə qazanıb "Roma" 15-ci turda SPAL-ı məğlub edib
Futbol
1 Dekabr , 2017 23:52
Qarabağın ÇL-dəki rəqibi ölkə çempionatında qələbə qazanıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Roma şəhərinin eyniadlı klubu İtaliya A Seriyasınınn 15-ci turunda SPAL ilə (Ferrara) qarşılaşıb və 3:1 hesabı ilə qələbə qazanıb.

“Report” xəbər verir ki, qonaqlar matçın artıq 9-cu dəqiqəsində azlıqda qalıblar — Felipe meydandan qovulub.

"Roma" 34 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb, SPAL isə (10) 17-cidir.

İtaliya – A Seriyası. 15-ci tur

"Roma" – SPAL - 3:1

1:0 – Ceko – 19, 2:0 – Strotman – 32, 3:0 – Pelleqrini – 53, 3:1 – Viviani – 55

"Qarabağ" dekabrın 5-də Çempionlar Liqasının 6-cı turu çərçivəsində səfərdə "Roma" ilə qarşılaşacaq. Komandaların Bakıdakı görüşü qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi