"Qarabağ"ın ÇL-dəki rəqibi İngiltərə çempionatında məğlub olub - VİDEO

"Qarabağ"ın ÇL-dəki rəqibi İngiltərə çempionatında məğlub olub - VİDEO "Mançester Siti" səfərdə "Çelsi" üzərində qələbə qazanıb
Futbol
30 Sentyabr , 2017 22:59
Qarabağın ÇL-dəki rəqibi İngiltərə çempionatında məğlub olub - VİDEO

Bakı. 30 sentyabr. REPORT.AZ/ Ağdamın "Qarabağ" klubunun Çempionlar Liqasının qrupdakı rəqibi "Çelsi" İngiltərə Premyer Liqasında "Mançester Siti"yə məğlub olub.

"Report" xəbər verir ki, Londonun "Stemford Bric" stadionunda keçirilən görüş 1:0 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb.

Matçda yeganə qolu ikinci hissənin ortalarında Kevin De Bröyne vurub.

Bu qələbədən sonra "Mançester Siti" (19 xal) "Mançester Yunayted"ə çatıb və turnir cədvəlində onunla birinci yeri bölüşür. Aktivində 13 xalı olan "Çelsi" 4-cü mövqedədir.

İngiltərə Premyer Liqası. 7-ci tur

"Çelsi" – "Mançester Siti" - 0:1

Qol: 0:1 – Kevin De Bröyne – 67

Son xəbərlər

Orphus sistemi