"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib Qarabağ komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Futbol
17 İyul , 2019 23:39
Qarabağın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib

"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

"Report"un məlumatına görə, bu, İrlandiya "Dandolk"udur.

"Dandolk" I təsnifat mərhələsində Latviya "Riqa"sını mübarizədən kənarlaşdırıb. Bu komandalar arasındakı hər iki oyunun əsas vaxtı qolsuz yekunlaşıb. Bu gün Latviya paytaxtında keçirilmiş cavab görüşünün əlavə vaxtında da qol vurulmayıb. Penaltilər seriyasında isə "Dandolk" daha dəqiq olub - 5:4.

"Qarabağ" İrlandiya çempionu ilə ilk oyununu iyulun 24-də səfərdə, cavab görüşünü iyulun 31-də evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi