Yuxarı

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi növbəti transferini reallaşdırıb

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi növbəti transferini reallaşdırıb

Bakı. 29 iyun. REPORT.AZ/ "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniyanın "Olimpiya" klubu növbəti transferini reallaşdırıb. 

"Report" klubun saytına istinadən xəbər verir ki, komanda Sloveniya II liqasında çıxış edən "Bravo" klubunun 18 yaşlı futbolçusu Haris Kadriçi heyətinə qatıb. Gənc hücumçu Lyublyana şəhər təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, "Olimpiya" daha öncə Marko Putintsanı və Andriya Kaludjeroviçi transfer edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi