Yuxarı

"Qarabağ"ın Çempionlar Liqasında keçirəcəyi oyunun biletləri iyulun 7-də satışa çıxarılacaq

Biletlərin qiyməti 1-30 AZN arasında dəyişir

Bakı. 4 iyul. REPORT.AZ/ "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "F91 Düdelanj"la (Lüksemburq) keçirəcəyi oyunun biletlərinin satışa çıxarılacağı tarix məlum olub.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, azarkeşlər iyulun 7-si saat 10:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11-13 və 16-18 nömrəli sektorlar - 5AZN

VİP (14-15 sektorlar) - 30 AZN

Qeyd edək ki, "Qarabağ" - "F91 Düdelnaj" matçı iyulun 12-si saat 21:00-da start götürəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi