Yuxarı
    Bağlamaq

    “Qarabağ”ın baş məşqçisinə şərab hədiyyə olunub

    Hədiyyəni Gürcüstandan Bakıya səfər edən apsny.ge saytının əməkdaşı təqdim edib

    Bakı. 10 iyul. REPORT.AZ/ “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova şərab hədiyyə olunub.

    “Report”un məlumatına görə, bu, futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Samtredia” ilə ilk oyundan əvvəl təşkil edilən mətbuat konfransında baş verib.

    Gürcüstandan Bakıya səfər edən apsny.ge saytının əməkdaşı Tengiz Paçkoria 45 yaşlı mütəxəssisi Azərbaycan dilində salamlayıb və öz hədiyyəsini təqdim edib. Lakin şərabı Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimov qəbul edib.

    Q.Qurbanov əcnəbi jurnalistə təşəkkür edərək, inanclı bir insan olduğunu və şərab içmədiyini bildirib. O, Gürcüstan xalqına böyük hörmətinin olduğunu ifadə edib.

    Qeyd edək ki, iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Samtredia” oyunu saat 21:00-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi