Yuxarı

"Qarabağ"ın Azərbaycan Premyer Liqasındakı oyunu "Çelsi" ilə səfər matçı səbəbindən təxirə salınıb

"Qarabağ"ın Azərbaycan Premyer Liqasındakı oyunu "Çelsi" ilə səfər matçı səbəbindən təxirə salınıb
Kəpəzin İnterlə görüşü isə Bakıya keçirilib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının IV turunun 2 oyunu ilə bağlı qərar qəbul edib. 

"Report"un məlumatına görə, qərarlar "Qarabağ" və "Kəpəz" klublarının müraciəti əsasında çıxarılıb.

Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Çelsi" ilə İngiltərədə keçirəcəyi ilk tur matçına daha yaxşı hazırlaşmaq məqsədilə "Səbail”lə matçın başqa tarixə keçirilməsini istəyib. Bunu və qarşı tərəfin razılıq məktubunu nəzərə alan PFL oyunu sentyabrın 8-dən dekabrın 8-nə təxirə salıb.

“Kəpəz” isə ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək “İnter”lə ev oyununun səfər qarşılaşması kimi qeydə alınmasını xahiş edib. Bütün bunları və "İnter"in razılıq məktubunu nəzərə alan PFL görüşün sentyabrın 9-da “İnter Arena”da təşkilinə qərar verib. IV turda meydan sahibi “İnter”, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” təsdiqlənib.

Beləliklə, Azərbaycan Premyer Liqasında IV turun oyun cədvəli belə müəyyənləşib:

9 sentyabr (şənbə)

20:30. “Qəbələ” – “Zirə”

Qəbələ şəhər stadionu, 20:30 (CBC Sport/canlı)

17:00. “İnter” – “Kəpəz”

“İnter Arena”

10 sentyabr (bazar)

19:00. “Sumqayıt” – “Neftçi”

Sumqayıt, “Kapital Bank Arena” (CBC Sport/canlı)  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi