"Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər

"Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər "Slovan" 13 oyundan 14 xalla 9-cu yerdədir
Futbol
7 Noyabr , 2016 02:09
Qarabağın Avroliqanın qrup mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər

Bakı. 7 noyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.

"Report"un məlumatına görə, "Fiorentina" İtaliya A seriyasının XII turunda evdə "Sampdoriya" ilə 1:1 hesablı bərabərliyə razı olub.

Florensiya təmsilçisi Federiko Bernardeskinin 37-ci dəqiqədə vurduğu qolla hesabı açsa da, ikinci hissədə buraxdığı topla qələbəni əldən verib. "Fiorentina" 11 oyundan 17 xalla 8-ci pillədədir.

Ağdam klubunun növbəti rəqibi Çexiya "Slovan"ı isə öz meydanında "Sparta" ilə heç-heçə edib - 0:0. Qonaqlar 42-ci dəqiqədə Borek Doçkalın qırmızı vərəqə almasından sonra azlıqda qalıblar. Lakin liberetslilər bundan yararlana bilməyiblər. "Slovan" 13 oyundan 14 xalla 9-cu yerdədir.

"Qarabağ"ın qrupda son 2 oyunda məğlub etdiyi Yunanıstan PAOK-u isə yenə məğlubiyyət alıb. Saloniki təmsilçisi "Panionis"lə səfər matçında 14-cü dəqiqədə buraxdığı qolla 0:1 hesabı ilə uduzub. PAOK 8 oyundan 11 xalla 7-ci pillədədir.

Son xəbərlər

Orphus sistemi