"Qarabağ"ın Avropa Liqasındakı rəqibi Hames Rodriqesi almaq istəyir

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi Hames Rodriqesi almaq istəyir Bakı. 5 sentyabr. REPORT.AZ/ Ağdamın Qarabağ klubu ilə Avropa Liqasının eyni qrupunda mübarizə aparan London Arsenalı Bavariyanın kolumbiyalı yarımmüdafiəçisi Hames Rodriqesin transferində maraqlıdır.
Futbol
5 Sentyabr , 2018 05:58
Qarabağın Avropa Liqasındakı rəqibi Hames Rodriqesi almaq istəyir

Bakı. 5 sentyabr. REPORT.AZ/ Ağdamın "Qarabağ" klubu ilə Avropa Liqasının eyni qrupunda mübarizə aparan London "Arsenal"ı "Bavariya"nın kolumbiyalı yarımmüdafiəçisi Hames Rodriqesin transferində maraqlıdır.

“Report” xəbər verir ki, bu barədə "Don Balon" portalı məlumat yayıb.

Bildirilir ki, London klubu müqavilə ilə İspaniyanın "Real" komandasına məxsus olan 27 yaşlı futbolçuya görə 50 milyon avro ödəməyə hazırdır.

Rodriqes cari mövsümdə "Bavariya"nın heyətində iki oyun keçirib. O, ötən mövsüm müxtəlif turnirlərdə 39 oyunda iştirak edib, 8 qol vurub, 14 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi