Bakı. 26 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın klubunun futbol üzrə Avropa Liqasının qrup mərhələsindəki oyunlarına təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, "Qarabağ"ın İtaliya "Fiorentina"sı ilə səfər matçına avstriyalı hakimlər iş başında olacaq.
Avropa Liqası, qrup oyunları mərhələsi, II tur
29 sentyabr
21:00. "Fiorentina" (İtaliya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Olivyer Draxta
Yan xətt hakimləri: Roland Brandner, Stefan Kühr
Əlavə köməkçi hakimlər: Manuel Şüttenqruber, Diter Mukkenhammer
Dördüncü hakim: Roland Ridel (hamısı Avstriya)
Hakim-inspektor: Mixael Arqiru (Kipr)
UEFA nümayəndəsi: Eduard Dervişay (İspaniya)
Florensiya, "Artemio Franki" stadionu