Bakı. 9 avqust. REPORT.AZ/ Avropa Liqasının pley-off mərhələsində "Göteborq" və "Qarabağ" komandaları arasında İsveçdə keçiriləcək oyununun başlama saatı açıqlanıb.
"Report"un İsveç klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.
Komandalar avqustun 18-də Göteborq şəhərində yerləşən "Qamla Ullevi" stadionunda üz-üzə gələcək.
Qeyd edək ki, cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.