"Qarabağ"ın Avroliqadakı rəqibi futbolçusunu İspaniyaya göndərir

"Qarabağ"ın Avroliqadakı rəqibi futbolçusunu İspaniyaya göndərir Cüzeppe Rossi karyerasını "Selta"da davam etdirə bilər
Futbol
27 Avqust , 2016 09:34
Qarabağın Avroliqadakı rəqibi futbolçusunu İspaniyaya göndərir

Bakı. 27 avqust. REPORT.AZ/ İtaliyanın "Fiorentina" klubunun üzvü Cüzeppe Rossi karyerasını İspaniyada davam etdirə bilər.

"Report" "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, İspaniyanın "Selta" klubu futbolçunun xidmətində maraqlıdır.

İspaniya təmsilçisi 29 yaşlı hücumçunu bir illik icarəyə götürmək istəyir. Futbolçunun "Fiorentina" ilə olan müqavilə müddəti 2017-ci ilin yayında başa çatacaq. O, bu ilin yanvarından icarə əsasında "Levante"də çıxış edib.

Qeyd edək ki, "Fiorentina" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda mübarizə aparacaq. J qrupunda bu komandalardan əlavə Yunanıstanın PAOK və Çexiyanın "Slovan" klubları da yer alıb.

Son xəbərlər

Orphus sistemi