"Qarabağ"ın Avroliqa oyunlarının başlama vaxtı məlum olub

"Qarabağ"ın Avroliqa oyunlarının başlama vaxtı məlum olub İlk oyun Florensiyada keçiriləcək
Futbol
27 Avqust , 2016 10:30
Qarabağın Avroliqa oyunlarının başlama vaxtı məlum olub

Bakı. 27 avqust. REPORT.AZ/ Avropa Liqasının C qrupunda mübarizə aparacaq "Qarabağ" klubunun səfər oyunlarının başlama saatı və oyunlaırn keçiriləcəyi stadionlar açıqlanıb. 

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk oyununa İtaliyanın Florensiya şəhərində çıxacaq.

Sentyabrın 29-da "Artemio Franki" stadionunda "Fiorentina" ilə baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Noyabrın 3-ə təsadüf edən Yunanıstan PAOK-u ilə görüş Saloniki şəhərində yerləşən "Tumba" stadionunda keçiriləcək. Həmin oyunun start fiti 23:05-də səslənəcək. "Qarabağ"ın sonuncu səfər oyunu Çexiyanın Liberets şəhərində "Slovan"a qarşı olacaq. Noyabrın 24-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Avropa futbol qurumu "Qarabağ"ın ev oyunlarının başlama vaxtını açıqlamasa da, görüşlərin Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi