Yuxarı

​"Qarabağ"ın Antalyadakı bütün rəqibləri müəyyənləşib

Ağdam klubu yanvarın 17-də Xorvatiya Spliti ilə qüvvəsini sınayacaq

Bakı. 5 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının lideri "Qarabağ"ın Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama görüşlərində rəqibləri müəyyənləşib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam komandası yanvarın 17-də Xorvatiya "Split"i ilə üz-üzə gələcək.

Yanvarın 21-də İsveçrə "Sürix"i ilə qaşrılaşacaq Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bundan 3 gün sonra Bolqarıstan "Levski"sinə rəqib olacaq. "Qarabağ" yanvarın 27-də Polşanın "Legiya", bundan 2 gün sonra Rusiyanın "Mordoviya", yanvarın 31-də isə Rumıniyanın "Tarqu Mures" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" yanvarın 10-da yığışacaq və təlim-məşq toplanışı üçün qardaş ölkəyə yollanacaq. Toplanış fevralın 1-dək Bələk qəsəbəsində olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi