"Qarabağ"ın Antalya toplanışındakı ilk rəqibi dəyişib

"Qarabağ"ın Antalya toplanışındakı ilk rəqibi dəyişib "Aşqabad"ın Türkiyəyə yollanması sual altına düşüb
Futbol
4 Yanvar , 2017 16:28
Qarabağın Antalya toplanışındakı ilk rəqibi dəyişib

Bakı. 4 yanvar. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" Türkiyənin Antalya bölgəsindəki qış təlim-məşq toplanışına yanvarın 5-dən start verəcək.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk yoxlama oyununu yanvarın 15-də olacaq.

Həmin gün rəqib Türkmənistan "Aşqabad"ı yox, Albaniyanın ən titullu klublarından sayılan "Şkenderbeu" olacaq. "Aşqabad"ın Antalyaya gəlişi sual altına düşdüyündən, "Qarabağ" başqa komanda ilə oynamağa qərar verib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi yanvarın 18-də Rumıniyanın “Styaua”, yanvarın 22-də isə Qazaxıstanın “Atırau” və Polşanın “Termalitse” klubları ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi