“Qarabağ” klubu qapıçısı Hannes Halldorssonla yollarını ayırıb.
"Report" Ağdam təmsilçisinin "facebook" səhifəsinə istinadən xəbər verir ki, İslandiya yığmasının 34 yaşlı qolkiperi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Halldorsson ötən ilin iyulunda “Qarabağ”la iki illik müqavilə bağlayıb. O, cari mövsümdə 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub.