"Qarabağ" - "İnter" matçının hakimi Avropa çempionatına təyinat alıb

"Qarabağ" - "İnter" matçının hakimi Avropa çempionatına təyinat alıb Ondrjey Pelikan Azərbaycan klubunun qolu zamanı ofsayd olduğunu bildirib
Futbol
18 Mart , 2015 10:26
Qarabağ - İnter matçının hakimi Avropa çempionatına təyinat alıb

Bakı. 18 mart. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında Azərbaycanın "Qarabağ" və İtaliyanın "İnter" komandaları arasında keçirilmiş oyunun yan xətt hakimi Ondrjey Pelikan UEFA-dan növbəti təyinat alıb. "Report"un məlumatına görə, UEFA Hakimlər Komitəsi Pelikanı 17 - 30 iyunda Çexiyada 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının hakimləri siyahısına daxil edib.

O, qitə birinciliyinin oyunlarında ehtiyat hakim funksiyalarını yerinə yetirəcək 2 yerli hakimdən biri olacaq.

Qeyd edək ki, 2014-cü il dekabrın 11-də "Qarabağ" - "İnter" matçının 90+4-cü dəqiqəsində Riçard Almeydanın vurduğu qol məhz Ondrjey Pelikanın işarəsindən sonra sayılmayıb. Pelikan həmin vaxt ofsayd olduğunu bildirib. Nəticədə, baş hakim Miroslav Zelinka qolu ləğv edib və oyun 0:0 hesablı heç-heçə ilə nəticələnib. "Qarabağ"ın şikayətindən sonra hakimlər briqadasının cəzalandırılacağı gözlənilirdi. 

Son xəbərlər

Orphus sistemi