“Qarabağ” - “İnter” oyununda şəhidlər anılıb

“Qarabağ” - “İnter” oyununda şəhidlər anılıb Plakatda fevralın 25-də şəhid olmuş Azərbaycan hərbiçilərinin ad və soyadları da əks olunub
Futbol
28 Fevral , 2017 18:25
“Qarabağ” - “İnter” oyununda şəhidlər anılıb

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XX turunun “Qarabağ” – “İnter” matçından öncə meydan sahiblərinin futbolçuları aksiya təşkil ediblər.

“Report”un məlumatına görə, Ağdam klubunun oyunçuları meydana üzərində “Hər damla qanımızdır Azərbaycan”, eləcə də fevralın 25-də şəhid olmuş Azərbaycan hərbiçilərinin ad və soyadları yazılmış plakatla çıxıblar.

Matçın start fiti ərəfəsində isə meydan sahiblərinin azarkeşləri "Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarı səsləndiriblər.

Qeyd edək ki, son günlər cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin ataşkəsi pozması nəticəsində Azərbaycanın 6 hərbçisi şəhid olub.

Son xəbərlər

Orphus sistemi