Yuxarı
    Bağlamaq

    "Qarabağ"ı məyus edən futbolçu: "Komandama bir neçə milyon avro qazandırdım"

    Viktoriyanın hücumçusu: Cavab oyununda bəxtimiz gətirdi

    Bakı. 3 avqust. REPORT.AZ/ "Futbol - bəxt oyunudur. Komandamızın yaratdığı imkanlar sarıdan bəxti gətirməsə də, mənə fürsətdən yararlanmaq nəsib oldu. Artıq biz yolumuza davam edə bilərik". "Report"un məlumatına görə, bunu Çexiyanın "Viktoriya" klubunun futbolçusu Mixal Krmençik Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la 1:1 hesablı heç-heçə edərək, mərhələ adladıqları cavab görüşündən sonra deyib.

    85-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edən 23 yaşlı hücumçu komandasının ən azı Avropa Liqasının qrup mərhələsində iştirakını təmin edib. O, keçirdiyi hisslərin anlatmaqda çətinlik çəkdiyini bildirib: "Bunlar sözlə deyiləsi hisslər deyil, nələr yaşadığımı deyə bilmirəm. Rəqib doğrudan da gözəl müdafiə olunurdu. Şadıq ki, nəhayət, məqsədimizə çatdıq. Futbolda bəxt amilindən ilk oyunda yararlana bilmədik, əksinə, cavab görüşündə bəxtimiz gətirdi".

    Krmençik karyerasının ən önəmli qolunu vurmaqla baş məşqçi Roman Pivarnikə özünü sübut etdirdiyini də vurğulayıb. Lakin o, istəyinə çatmasında komandasının rolunun olduğunu söyləyib: "Komandama həm növbəti mərhələni, həm də bir neçə milyon avro qazandırdım. Bunlar karyeramda çox önəmlidir, amma qolda komanda yoldaşlarımın da əməyi var".

    Qeyd edək ki, "Qarabağ" "Viktoriya" ilə səfər matçında 0:0 hesablı heç-heçə etsə də, ev oyununda qələbəni əldən verərək, mübarizəni dayandırıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi