"Qarabağ" Haiti millisinin futbolçusu ilə yeni müqavilə bağlayıb

"Qarabağ" Haiti millisinin futbolçusu ilə yeni müqavilə bağlayıb Bu barədə 29 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib
Futbol
12 İyun , 2018 09:31
Qarabağ Haiti millisinin futbolçusu ilə yeni müqavilə bağlayıb
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Haiti milli komandasının futbolçusu Vild-Donald Gerrye "Qarabağ" klubu ilə yeni müqavilə bağlayıb.

"Report"un məlumatına görə, bu barədə 29 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında bildirib. Gerrye deyib ki, mövcud sözləşməsini daha bir il müddətinə uzadıb. İtaliya klubları ilə danışıqlar aparmadığını söyləyən təcrübəli oyunçu bu həftə Ağdam komandasının heyətində Çempionlar Liqasına hazırlıq üçün məşqləri bərpa edəcəyini vurğulayıb.

Qeyd edək ki, Vild-Donald Gerrye "Qarabağ"a 2017-ci il iyulun 6-da keçib. 

Son xəbərlər

Orphus sistemi