"Qarabağ" - "Göteborq" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Göteborq" oyununun biletləri satışa çıxarılıb Biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır
Futbol
22 Avqust , 2016 11:32
Qarabağ - Göteborq oyununun biletləri satışa çıxarılıb

Bakı. 22 avqust. REPORT.AZ/ Avropa Liqasının "pley-off" mərhələsinin cavab qarşılaşmasında "Qarabağ" və İsveç "Göteborq"u arasında Bakıda keçiriləcək oyunun biletləri bu gündən satışa çıxarılıb.

"Report"un məlumatına görə, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.

Oyunu izləmək istəyən azarkeşlər sektorlardan asılı olaraq 1 manat (1-5 və 24-28 nömrəli sektorlar), 2 manat (6-10 və 19-23 nömrəli sektorlar) və 5 manat (11-18 nömrəli sektorlar) ödəməlidir. VİP sektora biletlər 30 manatdır.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Göteborq" oyunu saat 20:30-da start götürəcək. İsveçdə keçirilən ilk oyunda "Qarabağ" 0:1 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi