"Qarabağ" - "Göteborq" oyunu rusiyalı hakimlərə tapşırılıb

"Qarabağ" - "Göteborq" oyunu rusiyalı hakimlərə tapşırılıb Oyunu Vladislav Bezborodov idarə edəcək
Futbol
22 Avqust , 2016 13:07
Qarabağ - Göteborq oyunu rusiyalı hakimlərə tapşırılıb

Bakı. 22 avqust. REPORT.AZ/ Avropa Liqasının "pley-off" mərhələsinin cavab oyununda "Qarabağ" və İsveçin "Göteborq" komandaları arasında keçiriləcək matçın hakim təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşma Rusiyadan olan hakimlərə həvalə olunub. Oyunu Vladislav Bezborodov idarə edəcək. Matçın yan xətt hakimləri Valeri Dançenko və Maksim Qavrilin olacaq. Dördüncü hakim funksiyasını Kirill Levnikov yerinə yetirəcək.

Maykl Tomas Ross hakim-inspektor, belçikalı Conu Vanspauven isə UEFA nümayəndəsidir.

Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi