Yuxarı
    Bağlamaq

    "Qarabağ" futbol klubunun yeni stadionunun istifadəyə veriləcəyi tarix açıqlanıb

    Tribunaların sayını 4-ə, oturacaqların sayını isə 10 minədək artırmaq mümkündür

    Bakı. 10 aprel. REPORT.AZ/ "Qarabağ" futbol klubunun yeni stadionu növbəti mövsümədək hazır olacaq.

    "Report"un xəbərinə görə, bu barədə jurnalistlərə stadionun tikinti işlərini həyata keçirən iş icraçısı Adnan Kaya açıqlama verib.

    A.Kaya bildirib ki, bu arena 4 800 tamaşaçı tutumuna malik olacaq: "Tribunaların sayını 4-ə, oturacaqların sayını isə 10 minədək artırmaq mümkündür. Bu, tamaşaçı marağından asılı olacaq".

    İş icraçısı deyib ki, stadion ərazisində avtomobillərin saxlanması və digər yardımçı obyektlər də fəaliyyət göstərəcək: "Stadionda Avropa kuboklarının 1/4 final mərhələsinədək oyun keçirilməsi mümkün olacaq".

    O, həmçinin qeyd edib ki, tikinti işləri 2 aya yekunlaşaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi