"Qarabağ" - "Fiorentina" qarşılaşmasına 5 min bilet satılıb

"Qarabağ" - "Fiorentina" qarşılaşmasına 5 min bilet satılıb Oyun üçün 31 min bilet satışa çıxarılıb
Futbol
5 Dekabr , 2016 20:10
Qarabağ - Fiorentina qarşılaşmasına 5 min bilet satılıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ" və İtaliya "Fiorentina"sı arasında keçiriləcək oyuna 5 000 bilet satılıb. 

Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma üçün 31 min bilet satışa çıxarılıb. Biletləri oyunun keçiriləcəyi stadionun kassalarından əldə etmək mümkündür.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 1 manat, 2 manat, 5 manat, 10 manat və 20 manatdır. VİP sektorlar üçün biletlərin qiyməti 50 manatdır.

Xatırladaq ki, "Qarabağ" - "Fiorentina" matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi