Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ən çox qayda pozuntusuna məruz qalan ikinci komandadır

Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ən çox qayda pozuntusuna məruz qalan ikinci komandadır UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.
Futbol
13 Dekabr , 2019 12:39
Avropa Liqası: Qarabağ qrup mərhələsində ən çox qayda pozuntusuna məruz qalan ikinci komandadır

UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

"Report"un məlumatına görə, "Qarabağ"ın futbolçusu Ailton Silva 6 oyun ərzində qaydanı ən çox pozan oyunçuların siyahısında yer alıb. 24 yaşlı braziliyalı müdafiəçi 16 dəfə "foul" edib və bu göstərici ilə ümumi siyahıda 4-5-ci yerləri bölüşdürür.

Ağdam təmsilçisinin rəqiblərindən olan Kipr APOEL-inin braziliyalı yarımmüdafiəçisi Lukas Souza 19 dəfə qaydanı pozub və intizamsız oyunçuların siyahısında 2-3-cü yerləri bölüşdürür.

Bununla yanaşı, Azərbaycan çempionu qrup mərhələsində ən çox "foul"a məruz qalan komandalardandır. Qrup oyunlarında Qurban Qurbanovun baş məşqçi olduğu komandaya qarşı 98 dəfə qayda pozulub. "Köhlən atlar" bu göstərici ilə ikinci olub. Türkiyənin "Trabzonspor" klubunun futbolçuları 101 dəfə kobudluğa məruz qalıb.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində 5 xal toplayıb və 1/16 finala vəsiqə qazana bilməyib. 

Son xəbərlər

Orphus sistemi