"Qarabağ"-"Dnepr" oyununa biletlərin qiyməti açıqlanıb

"Qarabağ"-"Dnepr" oyununa biletlərin qiyməti açıqlanıb Ən ucuz bilet 1 manat olacaq
Futbol
1 Noyabr , 2014 11:23
Qarabağ-Dnepr oyununa biletlərin qiyməti açıqlanıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsində Ukraynanın "Dnepr" komandası ilə noyabrın 6-da keçirəcəyi ev oyunu üçün biletlərin qiymətini açıqlayıb. Klubdan "Report"a verilən məlumata görə, noyabrın 3-dən satışa çıxarılacaq biletlərin ən ucuzu 1 manat olacaq. 

Ən bahalı biletə isə 10 manat qiymət qoyulub, "Qarabağ"ın avrokubok oyunlarına azarkeş marağını nəzərə alan klub rəhbərliyi satışa 30 min bilet çıxaracaq.

Biletlər oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satılacaq.

Qeyd edək ki, "Qarabağ"-"Dnepr" oyunu saat 21:00-da başlanacaq. İki komanda arasında Ukraynanın paytaxtı Kiyevdə oktyabrın 23-də baş tutmuş qarşılaşmada Ağdam komandası 1:0 hesabi ilə qalib gəlib. 

Son xəbərlər

Orphus sistemi