"Qarabağ"dan ayrılan qapıçı "Milan"a keçə bilər

"Qarabağ"dan ayrılan qapıçı "Milan"a keçə bilər Qarabağdan ayrılan qapıçı Asmir Beqoviç İtaliyanın Milan klubuna keçə bilər.
Futbol
11 Yanvar , 2020 16:49
Qarabağdan ayrılan qapıçı Milana keçə bilər

"Qarabağ"dan ayrılan qapıçı Asmir Beqoviç İtaliyanın "Milan" klubuna keçə bilər.

"Report"un "MilanNews"a istinadən verdiyi məlumata görə, müqavilə üzrə İngiltərə "Bornmut"una məxsus bosniya və herseqovinalı qolkiper Canluici Donnarummanın əvəzedicisi kimi nəzərdən keçirilir.

İddia olunur ki, 33 yaşlı oyunçu "Aston Villa"ya yollanan Pepe Reynanın yerinə alınacaq. "Qırmızı-qaralar"a ikinci qapıçı kimi Co Hart və Lukaş Fabianski də namizəd olduğu halda, Beqoviçə üstünlük verilib.

Qeyd edək ki, Asmir Beqoviç "Qarabağ"da mövsümün ilk yarısında forma geyinib. Onun "Bornmut"la müqaviləsi 2021-ci ilin iyununadəkdir. 

Son xəbərlər

Orphus sistemi