"Qarabağ"dan ayrılan futbolçu Polşa klubu ilə müqavilə bağlayıb

"Qarabağ"dan ayrılan futbolçu Polşa klubu ilə müqavilə bağlayıb "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Polşanın "Visla" (Plotsk) klubuna keçib.
Futbol
12 İyun , 2019 11:18
Qarabağdan ayrılan futbolçu Polşa klubu ilə müqavilə bağlayıb

"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Polşanın "Visla" (Plotsk) klubuna keçib.

"Report" "göy-ağlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisi ilə sonradan daha bir il uzadıla bilməsi şərti ilə bir illik müqavilə bağlanılıb. O, yeni komandasında 25 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Yakub Jezniçak "Qarabağ"da ötən iki mövsüm ərzində forma geyinib. Bu müddətdə təcrübəli futbolçu 46 oyuna 1 qol vurub. Əvvəllər isə Jezniçak Varşava "Legiya"sında 13 il çıxış edib və 5 çempionluq, 6 kubok və 1 Superkubok qazanmaqla, klubun ən titullu oyunçusuna çevrilib. 

Son xəbərlər

Orphus sistemi