“Qarabağ”dan ayrılan futbolçu karyerasını bitirə bilər

“Qarabağ”dan ayrılan futbolçu karyerasını bitirə bilər Ötən həftə “Qarabağ”dan ayrılan futbolçu Jakub Jezniçak karyerasını başa vura bilər.
Futbol
16 May , 2019 11:57
“Qarabağ”dan ayrılan futbolçu karyerasını bitirə bilər

Ötən həftə “Qarabağ”dan ayrılan futbolçu Jakub Jezniçak karyerasını başa vura bilər.

“Report”un məlumatına görə, 33 yaşlı polşalı müdafiəçi bu barədə şəxsi “Twitter” hesabında yazıb. O, Polşa çempionatının XXXVI turunda uzun müddət kapitanı olduğu “Legiya”nın səfərdə “Yagelloniya”ya 0:1 hesabı ilə uduzaraq çempionluq şansını çətinə salmasından sonra bunları qeyd edib: “Ürəyim ağrıyır. Dostuma dedim ki, “Pyast” çempion olsa, karyeramı başa vuracağam. Bəlkə də vaxtı çatıb”.

Qeyd edə ki, mayın 19-da Polşa çempionatına yekun vurulacaq. Sonuncu turda 69 xala malik “Pyast” evdə “Lex”i məğlub edərsə, “Legiya” – “Zaqlembe” matçının nəticəsindən asılı olmayaraq tarixində ilk dəfə çempion tituluna sahib çıxacaq. Jezniçakın sabiq komandasının 67 xalı var. 

Son xəbərlər

Orphus sistemi