"Qarabağ" çempionluq kubokunu Ağdama aparacaq

"Qarabağ" çempionluq kubokunu Ağdama aparacaq Qarabağ Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə qazandığı çempionluq kubokunu Ağdama aparacaq.
Futbol
11 May , 2019 20:57
Qarabağ çempionluq kubokunu Ağdama aparacaq

"Qarabağ" Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə qazandığı çempionluq kubokunu Ağdama aparacaq.

"Report"un məlumatına görə, bunu klubun vitse-prezidenti Tahir Gözəl Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşündə deyib.

"Neftçi" ilə oyunu izləmək üçün "Bakcell Arena"ya gələn Həsənov matçdan sonra Gözəllə görüşüb. O, çempionluq kubokunu doğma rayonda görmək istədiyini bildirib. Klub rəsmisi isə çempionatın baş mükafatını Ağdama aparacaqlarına söz verib.

Son xəbərlər

Orphus sistemi