"Qarabağ" Çempionlar Liqasında növbəti oyununa çıxacaq

"Qarabağ" Çempionlar Liqasında növbəti oyununa çıxacaq Bu gün Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq.
Futbol
17 İyul , 2019 07:03
Qarabağ Çempionlar Liqasında növbəti oyununa çıxacaq

Bu gün Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq.

“Report” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Albaniya çempionu “Partizani”ni qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.

Tirandakı ilk qarşılaşmada qolsuz heş-heçə qeydə alındığı üçün istənilən qollu bərabərlik qonaqlara sərf edir. Bu üzdən “Qarabağ” müdafiədə maksimum diqqətli olmalıdır.

Qeyd edək ki, “Qarabağ” “Partizani” səddini keçəcəyi halda, II təsnifat mərhələsində “Dandolk” (İrlandiya) - “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Əks halda, Avropa Liqasında eyni raundda Moldova “Şerif”i ilə üz-üzə gələcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunu

17 iyul

21:00. “Qarabağ” (Azərbaycan) – “Partizani” (Albaniya)

Baş hakim: Dumitru Muntyan

Yan xətt hakimləri: Vladislav Lifçu və Andrey Bodyan

Dördüncü hakim: Aleksandru Tyan (hakimlər briqadası Moldovadandır)

Hakim-inspektor: Uilyam Yanq (Şotlandiya)

UEFA nümayəndəsi: Maykl Foster (İngiltərə) 

Son xəbərlər

Orphus sistemi