"Qarabağ" "Çelsi" ilə qarşılaşma üçün Londona yola düşüb

"Qarabağ" "Çelsi" ilə qarşılaşma üçün Londona yola düşüb Səfər Bakı-London reysiylə həyata keçirilir
Futbol
10 Sentyabr , 2017 20:34
Qarabağ Çelsi ilə qarşılaşma üçün Londona yola düşüb
Foto: qarabagh.com

Bakı. 10 sentyabr. REPORT.AZ/ Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Çelsi”nin qonağı olacaq “Qarabağ” bu gün Bakı-London reysiylə İngiltərəyə yollanıb.

"Report" xəbər verir ki, bu barədə məlumat klubun saytına yerləşdirilib.

“Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-si, saat 22:45-də start götürəcək.

"Qarabağ"ın UEFA Gənclər Liqasında mübarizə aparacaq U-19 komandası da əsas komandayla birgə səfərə yollanıb. Bu yarışda komandanın “Çelsi”ylə oyunu sentyabrın 12-si, Bakı vaxtıyla saat 16:05-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi