Bakı. 8 dekabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Belçika "Anderlext"i ilə qarşılaşacaq "Qarabağ" Brüsselə yollanıb. "Report"un məlumatına görə, Ağdam komandası Heydər Əliyev Hava Limanından çarter reysi ilə yola düşüb.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda təxminən 5 saatlıq uçuşdan sonra Brüsselə çatacaq.
Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Anderlext" - "Qarabağ" qarşılaşması saat 00:05-də keçiriləcək.