"Qarabağ" Bolqarıstan yığmasının futbolçusunu transfer etmək istəyir

"Qarabağ" Bolqarıstan yığmasının futbolçusunu transfer etmək istəyir Bakı. 4 iyul. REPORT.AZ / Qarabağ klubu Bolqarıstan yığmasının futbolçusu Simon Slavçevi heyətinə qata bilər.
Futbol
4 İyul , 2018 14:52
Qarabağ Bolqarıstan yığmasının futbolçusunu transfer etmək istəyir
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ / "Qarabağ" klubu Bolqarıstan yığmasının futbolçusu Simon Slavçevi heyətinə qata bilər. 

"Report" zerozero.pt nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Portuqaliyanın "Sportinq" klubunun düşərgəsinə qoşulmayıb. O, Lissabon təmsilçisində tibbi müayinədən keçsə də, komandanı tərk edəcək və "Qarabağ"a transfer olacaq. 

Qeyd edək ki, 2014-cu ildən "Sportinq"də çıxış edən Simon Slavçev icarə əsasında İngiltərənin "Bolton", Kiprin "Apollon" və Polşanın "Lexiya" klublarının formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi