Bakı. 7 avqust.
“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda Belarusun BATE komandasını qəbul edən Ağdam təmsilçisi minimal hesabla məğlub olub. Qonaqlara qələbə qazandıran yeganə qola 36-cı dəqiqədə Stanislav Draqun imza atıb.
Qeyd edək ki, bu komandalar arasında avqustun 14-da Borisovda keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
“Qarabağ” BATE səddini keçəcəyi təqdirdə, pley-off mərhələsində Hollandiyanın PSV kollektivi ilə qarşılaşacaq. Ağdam təmsilçisi Belarusda lazımı nəticə əldə edə bilməsə, mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda “Şerif” (Moldova) – “Valür” (İslandiya) cütünün qalibi ilə görüşəcək.