"Qarabağ" Azərbaycanın aktivinə növbəti reytinq xalları yazdırıb

"Qarabağ" Azərbaycanın aktivinə növbəti reytinq xalları yazdırıb Qarabağ komandası UEFA reytinqində Azərbaycanın aktivinə daha 0,250 xal yazdırıb.
Futbol
30 Avqust , 2019 08:30
Qarabağ Azərbaycanın aktivinə növbəti reytinq xalları yazdırıb

"Qarabağ" komandası UEFA reytinqində Azərbaycanın aktivinə daha 0,250 xal yazdırıb.

"Report"un məlumatına görə, bu, Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Şimali İrlandiya "Linfild"i üzərində 2:1 hesablı qələbə sayəsində mümkün olub. 

Beləliklə, xallarını 17,750-yə yüksəldən Azərbaycan 26-cı pillədə qalsa da, irəliləmək imkanı qazanıb. Hazırda daha irəli pillələrdəki 3 ölkədən yalnız Qazaxıstan (18,750 xal) mübarizəni davam etdirir. İsrail 19,625 xalla 23-cü, Belarus 18,875 xalla 24-cü pillədə olsa da, təmsilçisizdirlər.

Qeyd edək ki, Azərbaycan bu mövsüm 2,375 xal toplayıb. Bunların 1,250 xalı (4 qələbə, 2 heç-heçə) "Qarabağ"a, 1,125 xalı (4 qələbə, 1 heç-heçə) "Neftçi"yə məxsusdur. "Səbail" və "Qəbələ" isə reytinq xalı toplaya bilməyib.

Son xəbərlər

Orphus sistemi